Ronaldunun bu addımı müsəlmanların qəlbini fəth etdi

"Real Madrid" klubunun ulduzu Kristianu Ronaldu Rohinya müsəlmanlarına qarşı baş verən vəhşiliklərə diqqət cəlb etmək üçün sosial şəbəkədə dəstək mesajı paylaşıb.

 "Save the Children" adlı qeyri-hökumət təşkilatının dəstəkçisi olan Ronaldu "Tüm uşaqların qucaqlandığı və sevildiyi bir dünya. Lütfən yardım edək" mesajını yayımlayıb.

Paylaşımında "Rohingya" və "Refugee" etiketlərindən istifadə edən ulduz futbolçu qucağında uşaq tutan bir rohinyalı atanın fotosunu yayımlayıb.

 

Qeyd edək ki, Ronaldu Suriyalı uşaqlara da dəstək verərək, Suriyadakı ailələrə qida və geyim bağışlamışdı.