İslamiadanın bağlanış mərasimi keçirilib

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başa çatıb.

Dalga tv-nin APA-ya istinadən məlumatına görə, mərasimdə Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva və Eldar bütün idmançıları və qonaqları əyləndirmək üçün səhnəyə çıxıblar.

Müğənni Tünzalə Ağayeva yan səhnədə “Sürət – 2017 Azərbaycan Qran Pri” mahnısını ifa etdiyi zaman, 30 səhnə iştirakçısı Bakı Şəhər Halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs ediblər. 

Sonra, o, əsas səhnədə iki mahnı -“Salam Bakı” – “Bakı 2017” könüllülərin himni və “Mən Azərbaycanlıyam” mahnıları ilə “Birlik” konsertini başa çatdırıb. Konsert stadion üzərində atəşfəşanlıqla başa çatıb.

Bağlanış mərasimində bütövlükdə 15000 pirotexnik qurğudan istifadə edilib.