İslamiada: Azərbaycanın qadın həndbol millisi qızıl medal qazanıb

"Bakı 2017" IV İslam Həmrəylik Oyunları çərçivəsində keçirilən qadınlar arasında həndbol yarışında final oyunu başa çatıb. 

Dalga tv "Report"a istinadən xəbər verir ki, Azərbaycan yığması Türkiyə millisini 28:26 hesabı ilə məğlub edərək, İslamiadanın qızıl medallarını qazanıb. Qalib komandada ən çox - 8 qolu Alla Çernışkova vurub. 

Qeyd edək ki, bürünc medalı Özbəkistan üzərində 41:25 hesabı ilə qalib gələn Kamerun yığması qazanıb.