İslamiadanın açılış və bağlanış mərasimlərindən sonra elektrik qatarları ilə sərnişinlər pulsuz daşınacaq

IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri başa çatandan sonra Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində də sərnişinlərin ödənişsiz daşınması həyata keçiriləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, 12 və 22 may tarixlərində IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri başa çatandan sonra,  “Koroğlu” - Bakı sərnişin stansiyası marşrutu üzrə işləyən “KİSS” markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin  Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində də ödənişsiz daşınması təmin ediləcək.