Çavuşoğlunun ermənilərə tarixi cavabı

alt

"Qarabağı siz işğal etdiniz, mən yox!"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bu çıxışı, erməni separatizminə, işğalçılığına və riyakarlığına verilən möhtəşəm tarixi cavabdır.

NATO-nun İstanbulda keçirilən toplantılarından birində erməni millət vəkili Nahapetyan, Türkiyə dövlətini əsassız olaraq ittiham edir. Nazir Çavuşoğlu isə cavabında bu ittihamların əsassız olduğunu təkzibolunmaz dəlillərlə isbat etməklə yanaşı, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi faktını da yüksək tribunadan bir daha dünyaya eşitdirir və erməni deputatı fakt qarşısında qoyur.