Qaradağda sürücü qəza törətdi, həyat yoldaşı öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 19-da saat 23:00 radələrində Qaradağ rayonu ərazisində - Kənar dairəvi yolda Bakı şəhər sakini Sabir Vəliyev idarə etdiyi "Chevrolet" markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini Zaur Əliyevin idarə etdiyi “DAF” markalı avtomobilin qoşqusuna vurub.

 

Nəticədə S.Vəliyevin sərnişini, həyat yoldaşı Gülgəz hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.