Tbilisidə sərnişin mikroavtobusu aşıb, xəsarət alanlar var

Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki Lilo bazarı yaxınlığında iki minik maşını və iki sərnişin mikroavtobusunun iştirakı ilə yol qəzası baş verib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, sərnişin mikroavtobusunun birinin aşması nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb.