Vergilər naziri Gürcüstan səfiri ilə görüşüb

Vergilər naziri Mikayıl Cabbarov Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüşüb. 

Bu barədə Vergilər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tanışlıq məqsədi daşıyan görüşdə ölkələr arasındakı mövcud iqtisadi əlaqələr, qarşılıqlı ticarətin və investisiyaların genişləndirilməsi, yaxın qonşuluq və regionda starteji tərəfdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Qonaqlara Azərbaycanda aparılan iqtisadi islahatlar, həmçinin vergi sahəsində həyata keçirilən son yeniliklər barədə məlumat verilib.