Tbilisidə yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib
Gürcüstanın paytaxtı Tbilisinin Samqori rayonunda yaşayış binasında güclü yanğın baş verib.
Yanğın binanın 5-ci mərtəbəsində 2 otaqlı mənzildə qeydə alınıb.
Fövqəladə halların idarə olunması xidmətindən bildirilib ki, yanğın zamanı 20 kv. metr sahə yanıb. Hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub.
Təhlükəsizlik baxımından binanın sakinləri təxliyyə olunub.
Yanğın artıq lokallaşdırılıb. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.