1 milyonu zibil kisələrində daşıyanda yaxalandılar

Barselonada hava limanında 2 çinli 1 milyon avronu zibil kisələrində daşıyarkən yaxalanıblar.

AzNews.az Tass-a istinadən xəbər verir ki, İspaniyanın vətəndaş qvardiyasının əməkdaşları iki Çin vətəndaşını qanunsuz əməl törədərkən tutublar. 27 və 28 yaşlı şübhəlilər zibil kisələrində böyük məbləğdə pulu Şanxaya aparmaq istəsələr də,arzuları ürəklərində qalıb.