Bir dollara aldı, 2.4 milyona satdı - FOTO

ABŞ-da ər Corc Korbet arvadı Nensi ilə birlikdə 1 dollara aldıqları xaraba qalmış evi təmir edib 2,4 milyon dollara satıblar. Korbet ailəsi bunun üçün 7 il vaxt və 250 min dollar  sərf ediblər. Məsələ burasındadır ki, evi təmir edəndən sonra  onu barjla başqa bir yerə- okean sahilindəki torpaq sahələrinə aparıblar. Şimali Karolinadan Florida ştatına “köçən” villa 650 kv.metrdir. 4 mərtəbəli,7 yataq otağı, 5 kamin, lift, süni şəlaləsi və bütün rahatlıqları olan ev satışa çıxarılan kimi satılıb.

Korbet ailəsi deyir ki, söhbət puldan getmir, biz bu işi sevir və zövq alırıq.