Türkiyənin baş nazirini ayaq üstə saxlayan meyvənin adı məlum oldu

alt

Gərgin iş qrafiki ilə diqqət çəkən Türkiyənin baş naziri Əhməd Davudoğlunun əsas qida rasionunu təşkil edən meyvənin adı məlum olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, gün ərzində müntəzəm olaraq 16 saat çalışan və əksər hallarda müsbət emosiyası ilə diqqət çəkən baş nazir bunun üçün yalnız Malayziya və İndoneziyada yetişən Durian adlı meyvəyə bircludur. Belə ki, baş nazir Malayziyadakı diplomatik fəaliyyəti zamanı bu bitkinin böyük enerji və müalicə əhəmiyyətli olmasını orada kəşf edib. O zamandan bəri durianı özünün əsas qida rasionuna çevirib.

Qeyd edək ki, yalnız Asiyanın bir neçə ölkəsində bitən durian “cənnət-cəhənnəm” meyvəsi kimi də tanınır. O səbəbdən ki, qabığı kaktus kimi tikanlı və pis qoxuludur. Lakin qabığını soyduqdan sonrakı lət hissəsi həm xoş ətirli həm ləzzətli və bol enerjilidir.