Brüsseldə Gürcüstan və ABŞ müdafiə nazirləri arasında görüş keçirilib
Belçikanın paytaxtı Brüsseldə Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə ABŞ-ın müdafiə naziri Ceyms Mettis arasında görüş keçirilib.
Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, ABŞ Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir: "ABŞ bir daha Gürcüstanın bir gün NATO-nun üzvü olacağı ilə bağlı öhdəliyini təsdiqləyir".
L.İzoriya bildirib ki, C.Mettislə görüşdə Gürcüstan və ABŞ-ın strateji tərəfdaş olduğu bir daha vurğulanıb: "Gürcüstanda son illər həyata keçirilmiş islahatlar, ölkənin müdafiə qabiliyyəti ilə bağlı məsələlər və NATO formatında əməkdaşlığın perspektivləri müzakirə olundu".