Kvirikaşvili: “Yeniyetmələrin qətli ilə bağlı məhkəmə qərarı çoxlu suallar doğurub”

"Birinci instansiya məhkəməsinin Xorava küçəsində baş vermiş faciə ilə bağlı qərarı bizim də aramızda çoxlu suallar doğurub".

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib. O bildirib ki, iki gəncin itirilməsi ilə nəticələnmiş faciə cəmiyyətdə ciddi narahatlıq yaradıb. Baş nazir Tbilisinin Xorava küçəsində iki yeniyetmənin qətlini hökumət üçün ciddi çağırış adlandırıb: "Bizim üçün əsas dəyər insandır. Biz iki gənc insanı itimişik".


G. Kvirikaşvili qeyd edib ki, Daxili İşlır Nazirliyicinayətin bilərəkdən gizlədilməsi, həmçinin şahidlərə mümkün təzyiqin göstərilməsi istiqamətində təhqiqatı bərpa edib. 


Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tbilisinin 51 saylı məktəbinin 16 yaşlı iki şagirdi Xorava küçəsində mübahisə zamanı qətlə yetirilib. Tbilisi şəhər məhkəməsinin iş ilə bağlı qərarı yeniyetmələrin doğmaları ilə yanaşı cəmiyyətdə də kəskin narazılıq və etiraza səbəb olub.