Dmitri Kumsişvili: “Bir kəmər-bir yol” təşəbbüsü gömrük prosedurlarını sadələşdirəcək”

"Bir kəmər-bir yol" təşəbbüsü bütün iştirakçı ölkələrə əhəmiyyətli faydalar gətirəcək".

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Beynəlxalq Valyuta Fondu və Çin Xalq Bankının keçirdiyi beynəlxalq konfransda çıxışında deyib.

Nazir bildirib ki, bu təşəbbüs regional əməkdaşlıq, infrastruktur və ölkələr arasında nəqliyyat əlaqələrinin inkişafına töhfə verir: "Təşəbbüs həmçinin bütün iştirakçılar üçün yeni iş yerlərinin yaradılması, biznes və sosial rifah üçün yeni imkanlar deməkdir. "Bir kəmər-bir yol” təşəbbüsü əhəmiyyətli investisiyalar tələb etməklə yanaşı, qanunvericiliyin uyğunlaşdırılması və gömrük prosedurlarının sadələşdirilməsini təşviq edir".