SOCAR Gürcüstanda keçiriləcək yarışa sponsorluq edəcək

"SOCAR Georgia Petroleum" şirkəti Gürcüstanda keçiriləcək avtomobil yarışının rəsmi sponsoru olub.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, drift üzrə yarış Gürcüstanın Avtomobil İdmanı Federasiyası və "BMW Club Georgia" tərəfindən təşkil olunacaq. İlk mərhələsi aprelin 22-də keçiriləcək yarış mövsümü noyabr ayında başa çatacaq. Yarışa gürcü və əcnəbi iştirakçılar qatılacaq. 

"SOCAR Georgia Petroleum” şirkətinin baş direktoru Levan Giorqadze bildirib ki, yarış 2018-ci il üçün planlaşdırılmış ən böyük və möhtəşəm idman hadisələrindən biridir: "Yarış Gürcüstanda avtomobil idmanının inkişafını təşviq edəcək". Şirkət həmçinin yarışa qatılacaq avtoyarışçı Mevlud Meladzenin komandasına da sponsorluq edəcək.