Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 650 mln. dolları ötüb

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan ən çox minik avtomobilləri idxal edib.

Gürcüstanın Milli Statistika İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata əsasən, idxal olunmuş minik avtomobillərinin dəyəri 54 mln. 51,7 min dollar təşkil edib.

Azərbaycanın qonşu ölkədən idxal etdiyi məhsulların ilk üçlüyünə medikamentlər və tütün məmulatları da daxildir. Cari ilin 10 ayı ərzində Azərbaycan Gürcüstandan 19 mln. 115,9 min dollar məbləğində medikament və 10 mln. 219,7 min dollar məbləğində isə tütün məmulatları idxal edib.

Hesabat dövründə Azərbaycan Gürcüstana ən çox qaz və digər qaz halında karbohidrogenlər (226 mln. 417,3 min dollar), neft və neft məhsulları (80 mln. 772,9 min dollar) və elektrik enerjisi (43 mln. 339,3 min dollar) ixrac edib.

Qeyd edək ki, cari ilin ilk 10 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 650,4 mln. dollar təşkil edib.