Gürcüstanda yanacaq bahalaşıb

Gürcüstanda yanacağın qiyməti artıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, yanacaqdoldurma məntəqələrinin (YDM) əksəriyyəti benzinin qiymətini 10 tetriyə qədər artırıb.

SOCAR da daxil olmaqla böyük xarici şirkətlərin YDM-lərində benzinlə yanaşı, dizel və maye qazın da qiyməti 2 tetriyə qədər bahalaşıb