SOCAR-a məxsus Kulevi terminalı neft və neft məhsullarının nəqlini artırıb

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Kulevi Neft Terminalı neft və neft məhsullarının nəqlini artırıb.

APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, cari ilin yanvar-iyul aylarında terminal 1 mln. ton neft və neft məhsulu qəbul edərək yola salıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 mln. ton çoxdur.

Qeyd olunan dövrdə qonşu ölkənin dəniz liman və terminalları 9,6 mln. ton yük emal edib.

2017-ci ilin ilk yeddi ayı ərzində Poti limanı 3,7 milyon, Batumi limanı 2,5 milyon, Supsa neft terminalı isə 2,4 milyon ton yük emal edib