SOCAR Novorossiyskdən neft ixracını artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci ilin may ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 84 631 ton, Supsa limanından (Qara dəniz, Gürcüstan) 260 380 ton, Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 322 980 ton xam neft ixrac edib.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, Novorossiyskdən ixrac ötən ilin eyni ayı ilə müqayisədə 5,84% artıb.

Ümümilikdə, bu ilin yanvar-may ayları ərzində Novorossiysk limanından 573 838 ton, Supsa limanından 1 139 045 ton, Ceyhan limanından 6 697 067 ton xam neft ixrac edilib.

Novorossiyskdən ixrac illik müqayisədə 79,61%, Supsadan 9,42% artıb.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də SOCAR-ın özünə məxsus xam neft həcmlərini əks etdirir.