Camal Əli Gürcüstana buraxılmadı

Aprelin 19-da Meydan TV-nin əməkdaşı Camal Əli Berlindən Tiflisə gedərkən havalimanında gömrük əməkdaşları tərəfindən saxlanılıb.

“Meydan.tv”nin məlumatına əsasən, Camal Əliyə onu Gürcüstana buraxa bilməyəcəklərini deyiblər. Ancaq səbəbini izah etməyiblər.

Hava limanı polisində səhər 5-dək saxlanıldıqdan sonra ona geriyə bilet alıb, Berlinə yola salıblar.

“Dedilər: “Sistemdə yoxlamaq üçün adınızı daxil etdik. Sizi ölkəyə buraxa bilmərik”, - yazıldı. Əlavə söz deyə bilməyəcəklərini söylədilər”, - Camal Əli bildirib.

Camal Əli aeroportda ona verilən sənədləri imzalamaqdan imtina edib:

“Gürcü dilində başa düşmədiyimi dedim. Bundan sonra pasportumu aldılar. Məni növbəti reysin vaxtı gələnədək müvəqqəti saxlanma otağında tutdular. Hazırda vəkil axtarıram. Pozulmuş hüququmun bərpası üçün bütün vasitələrdən istifadə edəcəyəm”.