Kiyev-Batumi-Kiyev mütəmadi reysləri açılır

Ukraynanın “Bravo Airways” aviaşirkəti iyunun 17-dən etibarən Gürcüstana mütəmadi reyslər həyata keçirməyə başlayacaq.

Dalga tv Xeber.ge-yə  istinadla xəbər verir ki, Kiyev-Batumi-Kiyev mütəmadi reyslərini “Bravo Airways” aviaşirkəti sentyabrın 2-nə qədər həftədə iki dəfə çərşənbə və şənbə günləri yerinə yetirəcək. Reyslər Boeing B737 və MD83 təyyarələri ilə həyata keçiriləcək.

Ötən il aviaşirkət yalnız Kiyev-Batumi çarter reysləri həyata keçirib. Aprelin 12-də Gürcüstanın İqtisadiyyat Nazirliyinin Mülki Aviasiya Agentliyi Ukrayna aviaşirkətinə mütəmadi uçuşları həyata keçirməyə icazə verib.