Gürcüstan və Hindistan birbaşa hava əlaqəsi qurur

Gürcüstan və Hindistan arasında birbaşa hava əlaqəsi qurulacaq.

 Dalga tv Xeber.ge-yə istinadən xəbər verir ki, müvafiq sazişi dünən Hindistanda səfərdə olan Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Qaxariya və Hindistanın mülki aviasiya naziri Aşok Qacapati imzalayıblar.

Sənəd ölkələr arasında müxtəlif marşrutlar üzrə avia əlaqənin həyata keçirilməsinə imkan verəcək.  

Gürcüstan tərəfindən aviadaşıyıcılar üçün təyinat məntəqələri kimi Dehli, Mumbay, Haydarabad, Benqaluru, Çennay və Qoa müəyyən olunub.

Gürcüstan və Hindistan arasında hava əlaqəsi haqqında saziş olmaylb. Tərəflər bu məsələ üzərində 2016-cı ildə işləməyə başlayıblar.