"Axali Sakartvelo" televiziyasında 31 marta həsr olunmuş veriliş yayımlanıb
“Axali Sakartvelo” internet televiziyasında 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Bakıdan baxış” adlı veriliş efirə gedib.
Verilişin aparıcısı tanınmış jurnalist Xətai Əzizovdur.
Verilişin qonaqları isə “Xəbər.ge” saytının rəhbəri Amil Hacıyev və tanınmış politoloq, Gürcüstanda terrorizm və siyasi araşdırmalar Mərkəzinin rəhbəri Badri Naçkebiya olub.