"Azərikimya"nın məhsulu Sankt-Peterburq birjasında satışa çıxarılıb

Cari ilin aprel ayından etibarən "Azərikimya" İstehsalat Birliyinin istehsalı olan 15803-020 markalı yüksək təzyiqli polietilen "Sankt-Peterburq" SC birjasında satışa çıxarılıb.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, satış məhsulun "Noginsk anbar kompleksi" QSC anbarından alıcının avtonəqliyyat vasitəsi ilə çıxarılması şərti ilə həyata keçirilir.

15803-020 markalı yüksək təzyiqli polietilen texniki təyinatlı məmulatların, ərzaq məhsulları ilə təmasda olan məmulatların, oyuncaqların, örtük materiallarının istehsalında, tibb sahəsində, o cümlədən dərman preparatlarının qablaşdırılmasında, habelə kənd təsərrüfatında tətbiq olunur.