SOCAR-AQŞ “Qərbi Abşeron”dakı 31 nömrəli quyunun tikintisini başa çatdırıb

SOCAR-AQŞ “Qərbi Abşeron” yatağındakı 20 nömrəli stasionar dəniz özülündən faktiki dərinliyi 756 metr olan 31 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan və vaxtından əvvəl yekunlaşdırıb.

Müəssisədən Dalga tv-yə bildirilib ki, 31 nömrəli quyuda qazma işlərinə bu il martın 13-də başlanılmışdı.

SOCAR-AQŞ bu və növbəti quyuları Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.