Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfərə gəlmişdir
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili fevralın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Gürcüstan Prezidenti Georgi Marqvelaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.