GUAM PA-nın müşahidəçiləri Azərbaycana oktyabrın 31-də gələcəklər

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

GUAM Parlament Assambleyasının (PA) müşahidə missiyası noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinin gedişini izləyəcək.

Bu barədə GUAM-ın baş katibi Valeri Çeçelaşvili məlumat verib.

Gürcüstan və Ukraynadan olan müşahidəçilər baş katibin rəhbərliyi altında Bakıya oktyabrın 31-də gələcəklər.

Noyabrın 3-dək Azərbaycanda olacaq GUAM müşahidəçiləri dairə və məntəqələrdə səsvermənin gedişini izləyəcək, nəticələrə dair mətbuat konfransı keçirəcəklər.

Seçkilərlə bağlı hazırlanacaq yekun hesabat ictimaiyyətə təqdim olunacaq.