Qənirə Paşayeva İstanbulda çağırış etdi: “Mübarizə zamanıdır” - FOTO
Aprelin 24-də İstanbulda keçirilən 4-cü Türk Dünyası Forumunda “Türk Dünyası ve Diasporunda Algı Yönetimi” mövzusunda müzakirələrin moderatorluğunu həyata keçirən millət vəkili Qənirə Paşayeva bu mövzuda geniş məruzə ilə də çıxış edib və dünyanın hər tərəfindən gəlmiş diaspor təşkilatlarına səslənib.
O, Roma Papası Fransiskinin heç bir tarixi əsası olmayan açıqlamalarından, Avropa Parlamentinin qondarma erməni soyqırımını tanıyan qərarlarından, son günlər Almaniya, Avstriya Parlamentinin qondarma erməni soyqırımını tanıyan qərarlarından danışıb və dünyanın hər yerində yaşayan türk insanının bunlardan narahat olması gərəkdiyini bildirib, bu ədalətsizliyə hamımız harda doğulub harada yaşamasından asılı olmayaraq bütün türk kökənli insanlar öz etiraz səslərini ucaltmalıdır deyib.
Bir sıra ölkə rəhbərlərinin qondarma erməni soyqırımı yalanlarının 100 illiyi ilə bağlı Ermənistana səfərlərini kəskin tənqid edən millət vəkili Qənirə Paşayeva işğalçı bir ölkəyə işğal etdiyin Azərbaycan torpaqlarını azad et deməyən o siyasətçilərin bu məsələlərdən öz maraqları üçün istifadə etdiklərini deyib.
Tarixdə heç bir zaman türklər ermənilərə qarşı heç bir soyqırım törətməyiblər tam əksinə ermənilər həm Anadoluda həm də Azərbaycan torpaqlarında 20-ci əsrin əvvəlində və sonunda türk insanına qarşı soyqırımlar törədiblər deyən millət vəkili Qənirə Paşayeva Roma Papasının, Avropa Parlamentinin, Almanya, Avstriyanın yalanları dəstəkləməsi, Fransa, Rusiya prezidentlərinin yalanların 100-cü ildönümündə Ermənistana getməsi amma gerçəkləri görmək istəməmələri insanlarımızda böyük üzüntü yaratmaqla bərabər düşüncələrdə ciddi suallara da səbəb olmalıdır deyib.
“Xocalı Soyqırımının 23-cü ildönümü tamam oldu. Amma biz qondarma erməni soyqırımı yalanlarına dəstək verənlərin Xocalı Soyqırımı ilə bağlı bir cümlə açıqlamasını belə eşitmədik? Ölənlər hansı millətdən olursa-olsunəvvəlcə insandı. Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ dəədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Amma qondarma erməni qoyqırımı yalanlarını dəstəkləyənlər 1 milyon insanın öz evindəyaşama hüququnun Ermənsitan tərəfindən pozulması, o insanların öz evlərinə dönməsinin vacibliyi ilə bağlı heç zaman danışmayıb. Qondarma erməni soyqırımının 100-cü ili üçün Yeravana gedirlər.
Türkiyəyə Ermənistanla sərhədləri açın deyə çağırış səsləndirirlər. Atalarının belə görmədiyi hadisələrə gedənlər , bəs niyə hər şeyi gördükləri Xocalı üçün bir açıqlama vermirlər? Niyə Türkiyəyə Ermənistanla sərhədi açın deyə çağırış səsləndirənlər Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi, 1 milyon azərbaycanlının öz evinədönməsinə imkan verməsi üçün təzyiq etmir, çağırış səsləndirmirlər? Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər.
Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır.
Bunlar ciddi mətləblərdən xəbər verir deyən millət vəkili Qənirə Paşayevadünyanın hər yerində türk insanı, gəncləri gerçəkləri görməli və dünyanın hər yerində yalanlara qarşı doğruları daha çox təbliğ edərək mübarizə aparmalıdırlar deyib.
Özəlliklə Avropadakı türk diaspor təşkilatlarının bu cür açıqlamalara etiraz səsini ucaltmasının vacibliyinə toxunan millət vəkili Qənirə Paşayeva gəncləri sosial mediyada yalanlara qarşı mübarizədə aktiv olmağa və duyarlı olmağa çağırıb. Diaspor təşkilatlarımız birlik və bərabərlik içində qondarma erməni soyqırımı yalanlarına qarşı artıq çox ciddi mübarizə aparmalıdırlar deyən millət vəkili Qənirə Paşayeva yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır vədünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar deyib.
Biz Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik. Sizə və dünyanın hər yerində yaşayan qardaş-bacılarımıza səslənərək demək istəyirəm ki, buna nail olmayana qədər bizə rahatlıq olmamalıdır və hər birimiz öz yerimizdə bu istiqamətdə daha çox çalışmalıyıq” deyib.
Müzakirələr zamanı ABŞ, Fransa, Rusiya, Avstriya, Danimarka, Rumınya, Yunanıstan, İraq və bir sıra ölkələrdən gələn türk toplumlarının və diaspor təşkilatlarının təmsilçiləri çıxış edərək bu mövzu ilə bağlı fikirlərini, problemləri, nələr edilməsi gərəkdiyi ilə bağlı danışıblar, millət vəkili Qənirə Paşayevanın fikrini də dəstəkləyərək artıq diaspor təşkilatları birlik və bərabərlik içində bu məsələlərlə bağlı daha çox çalışmalıdırlar deyib və geniş müzakirələr həyata keçirilib.