Mübariz Qurbanlı Gürcüstan səfiri ilə görüşüb
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.
Komitədən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Gürcüstan arasında din sahəsində münasibətlərin bundan sonra da uğurla inkişaf etməsinin vacibliyi vurğulanıb.
Görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.