Rusiyada Krıma dəstək yürüşləri keçirilib
Rusiyanın paytaxtı Moskva şəhərində Krımda sabah keçiriləcək referenduma etiraz olaraq "sülh yürüşü" keçirilib.
Dalgatv Anadolu-ya istinadən xəbər verir ki, Puşkin meydanına toplanan iştirakçıları Saxarova meydanına qədər yürüyüblər. Yürüşdə Ukrayna və Rusiya bayraqları dalğalandırılıb. İştirakçılar "Rusiya ilə Ukrayna qardaşdır", "Müharibəyə yox" şüarları səsləndiriblər.Polisin bildirdiyinə görə yürüşə 3 min, müxalifətçilərin verdiyi məlumata görə isə 5 min insan toplanıb.
Qeyd edək ki, Sankt Peterburqda da "Sülh yürüşü" keçirilib. Lakin, polis iştirakçıları icazəsiz aksiya keçirdiklərinə görə meydandan uzaqlaşdırıb.