Suriya rəhbərliyi "Cenevrə-2"nin uğursuzluğunda günahlandırılıb
Səudiyyə Ərəbistanı Suriya rəhbərliyini həmin ölkədə təxminən üç il davam edən münaqişənin həllinə yönəlmiş "Cenevrə-2" konfransının uğursuzluğunda günahlandırıb.
Dalgatv Trend-ə istinadən xəbər verir ki, Ərəb krallığının nazirlər şurasının rəsmi məlumatında: "Suriya xalqının əzablarına son qoya bilən "Cenevrə-2"nin real nəticələrə nail ola bilmədiyindən təəssüflər" ifadə edilir.
Rəsmi Ər-Riyad buna görə məsuliyyəti "inadcıllıq göstərdiyi", həmçinin Səudiyyə Ərəbistanının fikrincə, "Cenevrə-1" konfransında təsdiq edilmiş məqsədlərdən yayındırmaq istədiyi üçün Dəməşqin üzərinə qoyub.
Bundan öncə Suriya hakimiyyəti dəfələrlə Səudiyyə Ərəbistanını güc yolu ilə prezident Bəşər Əsədi devirmək məqsədilə SAR-dakı silahlı müxalifəti dəstəkləməkdə ittiham edib.