Müsavat Partiyası Milli Şuradan çıxıb
Bu barədə Müsavat Partiyasından məlumat verilib. Milli Şuradan çıxmaq barədə qərarpartiyanın dünən keçirilmiş Divanında verilib.
Qərarda qeyd edilir ki, Milli Şura prezident seçkiləri ilə əlaqədar yaradılmış qurumdur, prezident seçkiləri arxada qaldığından Milli Şuraartıq missiyasını başa çatdırıb. Eyni zamanda bildirilir ki, prezident seçkilərindən sonra yeni situasiya yaranıb və bu situasiyaya uyğun olaraq yeni modellər, birliklər yaradılmalıdır.