Türkiyədən gözlənilməz Misir qərarı

alt

Misirdə baş verən son hadisələrdən sonra Türkiyənin bu ölkə ilə yaşadığı gərginlik fonunda Ankaraya çağırılan səfir Hüseyn Avni Botsalı geri qayıdacaq. 

Türkiyə mətbuatının məlumatına görə, Hüseyin Avni Botsalının bu axşam Qahirəyə geri qayıtması planlaşdırılır. 

Qeyd edək ki, məsləhətləşmələr aparılması üçün avqustun 15-də Ankaraya çağırılan səfir Misirdə baş verən hadisələrlə bağlı hökuməti məlumatlandırmışdı. 

Diplomatik mənbələr artıq səfirin geri dönməyə hazırlaşdığını təsdiqləyib. 

Xatırladaq ki, Türkiyəli səfir geri çağırıldıqdan sonra Misir də bu ölkədəki səfiri Abdurrahman Salahaddini Qahirəyə çağırmışdı.