Obamanın Suriya ilə bağlı qətnamə layihəsi Konqresə göndərildi

altABŞ prezidenti Barak Obama Senat və Konqresin Nümayəndələr Palatasının rəhbərliyinə Suriyaya qarşı hərbi əməliyyat keçirmək niyyətində olduğu barədə məktub göndərib.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, məktuba ABŞ Silahlı Qüvvələrinin bu məqsədlər üçün cəlb olunmasını sanksiyalaşdıran qətnamənin layihəsi əlavə olunub.

Bir səhifəlik sənəddə 1973-cü ildə qəbul olunmuş Hərbi səlahiyyətlər barədə Qanuna istinad yer alıb. Qeyd edək ki, bu qanuna əsasən, ABŞ prezidenti ölkənin Silahlı Qüvvələrini 60 gün ərzində ölkə hüdudlarından kənarda istifadə etmək hüququna malikdir.

“Suriyada kimyəvi və ya digər kütləvi qırğın silahının istifadəsi ilə bağlı prezidentə Silahlı Qüvvələrdən lazım və mümkün bildiyi kimi istifadə etmək hüququ verilir”, deyə sənəddə bildirilir.