Rusiya paytaxtının köçürülməsi təklif edilir

Rusiya paytaxtının Moskvadan çıxarılaraq ölkənin Uzaq Sərq bölgəsinə köçürülməsi təklif edilib.

altBunu Vladivostok qubernatoru İqor Puşkarov təklif edib.

Onun fikrincə, Rusiya paytaxtının ölkənin şərqində hər hansı bir şəhərə köçürülməsi ölkənin inkişafına böyük təkan verəcək. Paytaxtları şərqdə olan ölkələrin daha müvəffəqiyyətli olduqlarına diqqət çəkən Puşkarov mövzu ilə bağlı deyib:

"Paytaxtın şərqdə olduğunu düşünün. Beləcə bölgələrin inkişafı problemi birdəfəlik həll olunacaq. Və qonşu ölkələr də şərqdəki geniş torpaqlarımızı işğal etmək xəyallarından vaz keçəcəklər".

Moskva və Peterburgun müstəqil meqopolis olduğlarına diqqət çəkən Puşkarov bu şəhərlərin inkişaf etmələri üçün paytaxt olmağa ehtiyacları olmadığını ifadə edib.

Təklif barədə fikirlərini açıqlayan ekspertlər isə ölkənin ən mühüm mədəni və tarixi mərkəzi olan Moskvanın paytaxt olaraq qalmağa ən uyğun şəhər olduğunu deyirlər.