Türkiyə-Suriya sərhədində NATO gərginliyi

alt

Amerika Birləşmiş Ştatları Suriyaya hücum etməyə hazırlaşdığını bəyan etdikdən sonra Türkiyənin Suriya ilə sərhədindəki NATO radar bazasının inşası sürətləndirilib. 

Peyk sistemləri ilə işləyəcək NATO radar bazası Hatay vilayətində, Kipr adasının yaxşı göründüyü bir təpədə qurulur. Radar bazasının inşasının 3 ay ərzində tamamlanaraq təhvil veriləcəyi gözlənilir.

Bundan əvvəl 2006-cı ildə Amanos dağlarında inşa edilmiş NATO-ya məxsus peyk sistemli radar bazası isə bütün imkanları ilə fəaliyyət göstərməyə davam edir. Türkiyə-Suriya sərhədində bu NATO bazalarının Amerika Birləşmiş Ştatlarının tələbi ilə tikildiyi iddia olunur.