Dalga Televiziyasi Gürcüstanın azərbaycanlı gəncləri baş nazirə ünvanlanan müraciətə qoşulublar
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1381
DünənDünən634
Bu həftəBu həftə7817
Bu ayBu ay52516
Bu günə qədərBu günə qədər7422990

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın azərbaycanlı gəncləri baş nazirə ünvanlanan müraciətə qoşulublar

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstanda gənclərin təmsil olunduğu 38 təşkilat Baş nazir Mamuka Baxtadzeyə müraciət təqdim edib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, QHT-lər Gürcüstan hökuməti yanında Gənclərdən ibarət Məsləhət Şurasının yaradılmasını xahiş edir.

Təşkilatlar şuranın yaradılmasında fəal iştirak etməyə hazır olduqlarını bildirib.

“Gürcüstanda baş vermiş son proseslər göstərdi ki, hökumət və cəmiyyət arasında kommunikasiyada müəyyən baryerlər mövcuddur. Gənclərdən ibarət Məsləhət Şurası hökumət və gənclər arasında vasitəçi rolu oynaya bilər. Biz inanırıq ki, gənclərin hökumətin fəaliyyətinə cəlb olunması həm ölkə, həm də ölkədə yaşayan gənclər üçün müsbət nəticələr verəcək”, - müraciətdə qeyd olunub.

Müraciət müəllifləri bildiriblər ki, Gürcüstan hökuməti Gənclərdən ibarət Məsləhət Şurasının yaradılmasını dəstəkləsə, bu sahədə üçüncü ölkə olacaq. Belə ki, Kanada və Böyük Britaniya hökumətləri yanında analoji şuralar fəaliyyət göstərir.

Baş nazirə ünvanlanan müraciətə Gürcüstanda yaşayan milli azlıqların təmsil olunduğu gənclər təşkilatları da qoşulub. Sənədi həmçinin Gürcüstanın Azərbaycanlı Gənclərinin İttifaqı da imzalayıb.

Saytda Axtarış

Son xəbərlər