Keniyada dəhşətli avtomobil qəzası — 42 ölü

Keniyanın qərbində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində sərnişin avtobusu aşıb və 42 nəfər həlak olub. Bu barədə Keniya polisi yerli "Daily Nation" qəzetinə məlumat verib.

Polis rəsmisi Ceyms Moqera bildirib ki, qəza Keriço dairəsi yaxınlığında baş verib. Hadisə şahidlərinin ifadəsinə əsasən, 67 nəfər üçün nəzərdə tutulan avtobus sərt döngədə maneəyə çırpılaraq aşıb.

 

İnsidentin digər səbəbləri araşdırılır. Polisdən bildiriblər ki, həlak olanların sayı arta bilər. Çünki bir neçə sərnişini hələ də qəzaya düşmüş avtobusdan çıxarmaq mümkün olmayıb.