İranda daşqınlar dörd can aldı

İranın Mazandaran vilayətində güclü daşqınlar baş verib.

Təbii fəlakət nəticəsində 4 nəfər həlak olub.

"Tasnim" agentliyi bildirir ki, daşqınlara səbəb güclü leysan yağışları olub. Yağışlar cümə axşamı gecə saatlarından Mazandaran və Gilyan vilayətlərində başlayıb.

Təbii fəlakət elektrik enerjisinin verilişində, nəqliyyatın hərəkətində fasilələrə səbəb olub. Eyni zamanda bir sıra evlər və yollar dağılıb.

Mazandaran vilayətinin altı rayonunda məktəblər müvəqqəti olaraq bağlanıb.