Hindistanda zəvvarları daşıyan maşın qəzaya düşdü — Ölən və yaralananlar var

Hindistanda zəvvarları daşıyan furqon qəzaya uğrayıb.

Furqon Uttarkaşi şəhərində 150 metr dərinliyi olan dərəyə düşüb.
Hadisə nəticəsində 9 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Hadisə zamanı avtomobildə 13 nəfər olub. Ölənlər arasında 8-i sərnişin, 1-i sürücüdür. Yaralılar xəstəxanalara yerləşdirilib.

Bildirilir ki, zəvvarlar Himalay dağlarında yerləşən Qanqotri məbədindən geri qayıdırmışlar.