Rusiyada avtobus qəzası — 13 ölü

Rusiyanın Tver vilayətində dəhşətli yol qəzası baş verib.

Kalinin rayonunun Nekrasovo kəndi yaxınlığında "Ford Transit" markalı mikro avtobusla "LiAZ” markalı avtobus toqquşub. Avtobus Rjevdən, marşrut avtobusu isə Staritsadan gəlirmiş.

Rusiyanın Fövqəladə Hallar nazirliyindən bildiriblər ki, qəza nəticəsində 13 nəfər həlak olub, 4 nəfər xəsarət alıb. Qəza yerindən meyitləri və yaralıları "Mi-8" helikopteri təxliyə edir. Yol polisinin ilkin versiyasına əsasən, qəzaya səbəb mikro avtobusun qarşı yola çıxması olub. Hazırda araşdırma aparılır. Tver vilayətinin qubernatoru da qəza baş verən ərazidədir.