Bəşər Əsəd qorxu içində; ailə hər gün yaşayış yerini dəyişir

alt

“Sosial mediada vaxtaşırı olaraq yeni şəkillər paylaşan Suriya prezidenti Bəşər Əsəd və ailəsi hər an bomba atılacağı qorxusu ilə yaşayır. Ailə hər gecə yer dəyişdirir”. 

Bu fikirlər Türkiyə mətbuatında yer alıb. 

Suriya iqtidarına yaxın mənbələrin verdiyi məlumata görə, 47 yaşlı Bəşər Əsd yorğun görünmür və stres yaşadığını bəlli etmir. 

Ailə dostlarından biri isə mətbuata açıqlamasında B.Əsədin xanımı Əsma Əsədin yarı normal bir həyat sürdüyünü bildirib: “Əsma Əsəd Dəməşqdə uşaq muzeyinin inşası ilə məşğul olur. Ailənin ən böyük dəyişikliyi hər gecə yatdıqları yerin dəyişdirlməsidir”.