ABŞ Suriyaya tək hücum edəcək

alt

Amerika Suriyaya hərbi müdaxiləni təkbaşına həyata keçirə bilər. Bu barədə məlumatı CNN yayıb. 

Adının çəkilməsini istəməyən mənbə Böyük Britaniya parlamentinin Suriyaya hərbi müdaxilənin əleyhinə çıxması ilə bağlı qərarını şərh edərkən deyib: “Biz qəbul etməli olduğumuz qərarı qəbul edəcəyik”. 

“The New York Times” isə Barak Obama admnistrasiyasına istinadən xəbər verir ki, Böyük Britaniyanını qərarına baxmayaraq ABŞ hücuma hazırdır: “Hər şey onu deməyə əsas verir ki, BMT nümayəndələri Suriyanı tərk edən kimi dərhal Suriyaya zərbə endiriləcək”.