21 nəfər radikal islamçı saxlanılıb

alt

Rusiyanın Tobolsk vilayətində 21 nəfər islamçı saxlanılıb. 

Onlar qanunsuz dini ədəbiyyatı yaymaqda ittiham edilirlər. Polisin məlumatına görə, saxlananların çoxu radikal islamçılardır. 

Onlardan 40-a yaxın qadağan edilməş ədəbiyyat götürülüb. 

Həmçinin saxlananlardan birində ümumilikdə 230 qramdamn çox heroin aşkarlanıb. Həmin şəxsin Tacikistan vətəndaşı olduğu bildirlir. Saxlanan radikal islamçılar arasında digər MDB ölkələrinin vətəndaşları da var.