Rusiyanın təyyarəsi Suriyada vuruldu

Rusiyanın müdafiə nazirliyi "İl-20" rus hərbi təyyarəsinin dünən gecə Aralıq dənizində radardan itdiyini bildirmişdi.

nazirlik təyyarə ilə bağlı yeni açıqlama verib.

"Təyyarəmiz Suriyada vurulub. Bunun səbəbi İsraildir", - deyə Rusiyanın müdafiə nazirliyi açıqlama verib.

Nazirlik bildirir ki, təyyarə Suriyaya məxsus "S-200" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Nəticədə 15 hərbçi həlak olub.

 

Açıqlamada qeyd edilir ki, təyyarə İsrailə aid dörd ədəd "F-16" qırıcısının Suriyanın Lazkiyə şəhərinə etdiyi hücum əsnasında yoxa çıxıb. Aralıq dənizində Fransaya aid bir hərbi gəmidən də regiona raket hücumu edilib.