Yaponiyada zəlzələ qurbanlarının sayı artıb

Ötən gün Yaponiyanın şimalındakı Hokkaido adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 21-ə çatıb.

 6,7 bal gücündəki zəlzələ meşəlik sahələrdə torpaq sürüşmələrinə səbəb olub.

Sürüşmə nəticəsində 21 nəfər ölüb, daha 13 nəfər isə itkin düşüb.

İtkin düşənlərin axtarışları davam edir. Ölənlərin üçü istisna olmaqla, qalanının Atsuma qəsəbəsi ətrafındakı sürüşmədə həyatını itirdiyi bildirilir.

5,4 milyon əhalinin yaşadığı adaya elektrik enerjisinin verilməsi bərpa edilib. Beynəlxalq hava limanı yenidən işə başlayıb.

Motor istehsalının böyük qismini bu adada həyata keçirən avtomobil nəhəngi "Toyota" fəlakətə görə istehsala müvəqqəti fasilə verib.