Rusiyada hərbi zavodda partlayış: ölənlər var

Rusiyanın Nijeqorod vilayətində yerləşən Y.M.Sverdlov adına nəhəng müdafiə zavodunda partlayış baş verib. Hadisə zamanı üç nəfər ölüb, üç nəfər yaralanıb, daha üç nəfərin taleyi isə naməlum olaraq qalır.

Bununla bağlı "RİA Novosti" agentliyi regionun fövqəladə hallar idarəsinin nümayəndəsinə istinadla məlumat yayıb. 

"Hadisə nəticəsində üç nəfər ölüb, üç nəfər isə yaralanıb. Daha üç nəfərlə bağlı məlumat yoxdur. Güman olunur ki, onlar dağıntılar altında qalıb", - o deyib. 

Partlayışdan sonra başlayan yanğın artıq 100 kvadrat metr ərazini əhatə edib. Hadisə yerində yanğınsöndürən və xilasetmə briqadaları cəlb edilib. 

İnsident ammonal istehsal edən sexdə baş verib.