SOS! Üç ölkə arasında müharibə başlayır; Əhaliyə qaz maskaları paylanır - FOTO

alt

Qərb ölkələrinin Suriyadakı Əsəd rejiminə hərbi müdaxiləsi artıq an məsələsidir. 
Bu hücumdan ən çox narahat olan ölkələrdən biri isə İsraildir. İran və Suriya rəhbərliyi açıq şəkildə bəyan ediblər ki, Əsəd hakimiyyətinə hərbi müdaxilə olsa, İsrailə hücum ediləcək. İsrail də bu təhlükəni hiss etdiyi üçün artıq müharibə hazırlıqlarına başlayıb. Belə ki, İsrail ordusu xalqa pulsuz qaz maskaları paylayır. Ticarət mərkəzlərində əhaliyə şəxsiyyət vəsiqələrini göstərməklə, pulsuz qaz maskaları paylanılır. Eyni zamanda, kimlərin qaz maskaları köhnəlibsə, onlar da yeniləri ilə əvəzlənir. Qaz maskaları alan İsrail xalqı ticarət mərkəzlərində uzun növbələr yaradırlar. Bildirilir ki, əhaliyə paylanılan qaz maskaları hər cür kimyəvi silahdan mühafizə olunmağa imkan verir.