Rusiyada helikopter qəzası: 18 ölü

Krasnoyarsk vilayətində qəzaya uğrayan Mİ-8 helikopterinin ekipajı işlək vəziyyətdə olan rabitə sistemi və təhlükəli yaxınlaşma xəbərdarlığına rəğmən toqquşmanın qarşısını almayıb.

 Bu barədə göyərtədə əməkdaşları olan «Rosneft» məlumat yayıb.

08.50

Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb.

Qəza Krasnoyarsk ərazisində baş verib.

Hadisə nəticəsində helikopterdə olan 18 nəfərin hamısının öldüyü bildirilir. Ölənlərin 15-i sərnişin, üçün ekipaj üzvü olub. Faktla bağlı araşdırma başlanıb.

Qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi güman edilir.